Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Ələt-Astara yolunun 149-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan 3 nəfərdən ikisi, 1989-cu il təvəllüdlü Tural Mirzəyev və onun 26 yaşlı qardaşı aldıqları xəsarətlərdən vəfat edib. Daha 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çetdırılıb.
Bildirilir ki, ölən qardaşları Masallı sakinidirlər və motosikletlə pomidor daşıyırlarmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.