Azərbaycan Türkiyədə axtarışda olan şəxsi təhvil verəcək
01 oktyabr 2016 10:12 (UTC +04:00)

Azərbaycan Türkiyədə axtarışda olan şəxsi təhvil verəcək

 

Türkiyədə axtarışda olan şəxsin öz ölkəsinə təhvil verilməsi barədə qərar qəbul edilib.

 

APA-nın məlumatına görə, Türkiyə Respublikasının Ankara 11-ci Əsliyyə Cəza Məhkəməsinin 13 dekabr 2006-cı il tarixli qərarı ilə Türkiyə Respublikasının Cəza Qanununun 142-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 3 (üç) il həbs cəzasına məhkum edilmiş Harmancı Barış Cemalettin oğluna təyin edilmiş cəzanın icrası üçün Türkiyə Respublikasına verilməsi (ekstradisiya olunması) barədə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qərar qəbul edilib.

 

Lakin qərarla razılaşmayan B. Harmancı apellyasiya şikayəti verib. Daha sonra o, apellyasiya şikayətindən imtina edilib. B. Harmancı yaxın günlərdə öz ölkəsinə təhvil veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

APA Baycan

Oxşar yazılar