Azərbaycan daxili işlər orqanları terrorçu birliklərə qoşulduğu ehtimal edilən şəxsi beynəlxalq axtarışa verib. Lent.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, Balakən rayonunun Katex kənd sakini, 1978-ci il təvəllüdlü Rasim Umrayev cinayətkar qrupun və ya dəstənin üzvü, onların törətdikləri hücumların iştirakçısı olmaq, çətin şəraitdə adam oğurlama, odlu silahların, silah-sursatların, partlayıcı maddə və qurğuların qanunsuz əldə olunması, ötürülməsi, satışı, saxlanması, daşınması və gəzdirilməsi kimi əməllərdə təqsirləndirilir.
Məlumatda bildirilir ki, R.Umrayev rus və Azərbaycan dilini bilir.