Azərbaycan sayağı pizza - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva” adı ilə məşhur olan ustanın pizzanı necə hazırlaması ilə tanış edəcəyik.
Pizzanın içindəkilər:
2 st un, 1 xq şəkər tozu, dolu olmayan 1 xq maya, 3 xq bitki yağı, 1 çq duz, su xəmir apardığı qədər, 5-6 ədəd sosiska, 250 qr pendir, 2 ədəd bibər, 3 ədəd pomidor, 3 x.q ketçup 3 x.q mayonez
Hazırlanma qaydası:
Unu qaba tökürük üzərindən su, maya, duz, şəkər tozu əlavə edilir. Çox bərk olmamaq şərti ilə xəmir yoğurub üzərini örtüb yarım saat saxlayırıq. Sonra üstünə düzmək üçün pendiri sürtgəcdən keçiririk, sosiskaları, pomidoru və bibərləri doğrayırıq. Daha sonra xəmiri bişirəcəyimiz qabda yayırıq ketçup və mayonezi çəkirik üzərinə doğradığımız məhsulları əlavə edirik.
Nuş olsun!
495