Ordumuz daha bir itki verdi - <span style="color:red;">FOTO
04 sentyabr 2015 14:54 (UTC +04:00)

Ordumuz daha bir itki verdi - FOTO

0

Azərbaycan Ordusu daha bir itki verib. Lent.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, Zərdab rayon Şahhüseyinli kənd sakini 1996-cı il təvəllüdlü Samir Dadaş oğlu Orucov ötən gecə Murovda hərbi xidmətini yerinə yetirərkən həyatını itirib. 
 

Onun cәsәdi dünәn gecә yarısı ailәsinә tәslim edilib və bu gün torpağa tapşırılıb. S. Orucovun hərbi xidməti başa vurmasına 27 gün qalmışdı.

Qeyd edək ki, onlar ailәdә 2 qardaş, 1 bacıdırlar.

Yaxın dəqiqələrdə Müdafiə Nazirliyinin faktla bağlı açıqlama yayacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar