Azərbaycan Gürcüstan vasitəsilə neft ixracını artırıb
02 iyul 2013 17:04 (UTC +04:00)

Azərbaycan Gürcüstan vasitəsilə neft ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi iyun ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 437 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 325 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 742 490 ton xam neft ixrac edib.


 

Bu barədə «APA-Economics»ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə Novorossiysk limanından xam neft ixracı 2,90%, Supsa limanından 3 dəfə, Ceyhan limanından isə 7,66% artıb.

 

Məlumatda bildirilir ki, ümumilikdə, yanvar-iyun ayları ərzində Novorossiysk limanından 825 317 ton, Supsa limanından 1 364 679 ton, Ceyhan limanından isə 10 135 240 ton xam neft ixrac edilib. Keçən ilin analoji dövrü ilə müqayisədə Novorossiysk limanından xam neft ixracı 16,25% azalıb, Supsadan 5,26% artıb, Ceyhan limanından isə 2,09% azalıb.

 

Qeyd edək ki, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56