Azərbaycan daha bir şəxsi beynəlxalq axtarışa verdi
26 sentyabr 2013 16:49 (UTC +04:00)

Azərbaycan daha bir şəxsi beynəlxalq axtarışa verdi

Azərbaycan hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.


 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd edilir ki, Bakı şəhər sakini, 49 yaşlı Nadir Şıxzadayev terrorçuluq, əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə və bir sıra digər ağır cinayətlərdə təqsirli bilinir.

 

Azərbaycanın hüquq-mühafizə orqanları onun barəsində axtarış elan etməklə tutulması üçün İnterpola müraciət edib.

  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar