Azərbaycandan Cibutiyə humanitar yardım göndərilib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.
Humanitar yardım Heydər Əliyev beynəlxalq hava limanından "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərilib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib ki, humanitar yardıma qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel, içməli su daxildir.