Xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğlu, “Xalq ulduzu” musiqi yarışmasının iştirakçısı müğənni Mirkamil Kamilov sabah səhər ürək əməliyyatı keçirəcək. Lent.az-ın məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova “facebook” səhifəsində yazıb: “Əziz dostlar, bir müddət öncə müğənni Mirkamilin vəziyyətinin pis olması barədə hər birinizi xəbərdar etmişdim. Lakin onun səhhətinin daha da ciddi olmasını atası zəng edəndən sonra bildim. Bu zəngdən sonra, bu axşam Bakı-Tehran xətti ilə Tehrana yola düşəcəm. Səhər saat on bir, on iki radələrində Mirkamil əməliyyat olunacaq. Olanlardan onun anasının xəbəri yoxdur. Atası isə tək xəstəxanada balasının canı ilə əlləşir. Nə olar, dualarınızı ondan əsirgəməyin. Göydə Allah, yerdə sizin dualarınız Mirkamilə kömək olsun”.
Aybəniz Haşımova Mirkamilə görə Tehrana gedir
3372