Martın 11-də Babək prospektində Arif Mirzəyevin iş otağından 1101 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu şəxs 1954-cü il təvəllüdlü Çingiz Musayevdir. Onu Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ələ keçiriblər. Araşdırma zamanı onun üzərindən 5,23 qram marixuana aşkar olunaraq götürülmüşdür.
Axtarışda olan şəxs saxlanıldı
474