Avtomobillə vurulan velosipedçi öldü
12 avqust 2019 13:22 (UTC +04:00)

Avtomobillə vurulan velosipedçi öldü

0
 
 
Bəyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 11-də saat 15.00 radələrində rayonunun Yuxarı Aran kəndi ərazisində kənd sakini A.Şükürov idarə etdiyi “VAZ-21070” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Pərvin Abbasovu vurub. 
 
Xəstəxanaya yerləşdirilmiş P. Abbasov orada ölüb.
 
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 844

Oxşar yazılar