Avtomobil inəyi vurdu: <span style="color:red;">3 yaralı
28 iyul 2018 14:27 (UTC +04:00)

Avtomobil inəyi vurdu: 3 yaralı

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

 

 

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şəlalə Ramil qızı Quliyeva idarə etdiyi "Kia Rio" markalı minik avtomobili ilə hərəkətdə olarkən əvvəlcə qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmə itdiyindən avtomobil yoldan çıxaraq aşıb.

 

Xəsarət alan Ş. Quluyeva Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, sərnişinləri- 1992-ci il təvəllüdlü Turanə Füzuli qızı Məmmədova və 1991-ci il təvəllüdlü Leyla Ramiz qızı Mirzəzadə müxtəlif  xəsarətlərlə  Ucar Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib.                                                                                   

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

APA Baycan

Oxşar yazılar