Avtomobil camışa çırpıldı: 56 yaşlı qadın öldü
17 iyul 2018 09:54 (UTC +04:00)

Avtomobil camışa çırpıldı: 56 yaşlı qadın öldü

İmişlidə ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun 77-ci kilometrliyində "Lada Priora" markalı avtomobil qəfil yola çıxan camışa çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı, 1962-ci il təvəllüdlü Hacıyeva Sevil Barat qızı aldığı ağır xəsarətlərdən vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar