Atışmada yaralananları qaçıran sürücü yaxalandı
12 iyul 2013 10:13 (UTC +04:00)

Atışmada yaralananları qaçıran sürücü yaxalandı

0

Ötən gün Bakıda baş verən silahlı insident zamanı yaralı şəxsləri qaçıran avtomobil polis tərəfindən saxlanılıb.


 

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, yaralıları hadisə yerindən 1986-cı il təvəllüdlü Ağasif Kərim oğlu Baxışov idarə etdiyi 90 NU 455 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobillə yaralıları hadisə yerindən uzaqlaşdırıb.

 

Hazırda A. Baxışovun ifadəsi alınır.

 

İstintaq sirri olduğundan hadisə barədə digər məlumatlar hələlik açıqlanmır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1666

Oxşar yazılar