Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm faktı qeydə alınıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Məmmədov İlkin Vaqif oğlu tibb müəssisəsində ölüb. Onun uzun müddət ağır xəstəlikdən əziyət çəkdiyi bildirilir.
Qeyd edək ki, 28 yaşlı İ.Məmmədov 2012-ci ildə atasını öldürməkdə təqsirli bilinərək həbsxanaya salıbınıbmış.
Ölüm faktı ilə əlqədar müvafiq araşdırmalar aparılır.