Mayın 8-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsində yerləşən “Uluxanlı” kafesində 1990-cı il təvəllüdlü Rzayev Aqil Adil oğlu həmyerlisi 1981-ci il təvəllüdlü İsmayılov Rövşən Alı oğlunu çoxsaylı bıçaq zərbələri ilə amansızlıqla qətlə yetirib.
Məlumata görə, 23 yaşlı A.Rzayev Sabunçu qəsəbəsində mağazada satıcı işləyib. Dünən axşam onun atası Rzayev Adil Gülbaba oğlu yuxarıda adı qeyd edilən kafedə 32 yaşlı Rövşən İsmayılovla yeyib-içib. Hər iki şəxs sərxoş olduqdan sonra hələlik məlum olmayan səbəbdən dalaşmağa başlayıblar. Dava-dalaş zamanı R.İsmayılov A.Rzayevin atasını döyüb.
Kişi evə qayıdanda oğlu onun üzərindəki xəsarətləri görüb və nə baş verdiyini öyrənib. 22 yaşlı Aqil vaxt itirmədən kafeyə gəlib və özü ilə gətirdiyi bıçaqla atasını döymüş şəxsi öldürüb. O, R.İsmayılova baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.
A.Rzayev saxlanılıb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.