Astarada çay evi, Bakıda balıq evi yandı
05 sentyabr 2015 20:24 (UTC +04:00)

Astarada çay evi, Bakıda balıq evi yandı

0

Astarada yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Pensər kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan çay evində baş verib. Nəticədə çay evinin yanar konstruksiyaları 54 kv.m sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Daha bir yanğın hadisəsi Bakıda qeydə alınıb. Yanğın paytaxtın  Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan balıq evində baş verib. Nəticədə balıq evinin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Balıq evinin qalan hissəsi yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar