Astarada bu gün nə baş verib?-<span style="color:red;">TƏFƏRRÜAT
18 fevral 2014 00:01 (UTC +04:00)

Astarada bu gün nə baş verib?-TƏFƏRRÜAT

 “Astarada hazırda heç bir aksiya yoxdur”. APA-nın cənub bürosunun əməkdaşının bildirdiyinə görə, gün ərzində Astara rayon İcra Hakimiyyətinin qarşısında da hər hansı aksiya keçirilməyib.

 

Əməkdaşımızın bildirdiyinə görə, bu gün Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini əvvəlcə Ələt-Astara magistral yolunu bağlamağa cəhd ediblər. Daha sonra onlar Astara rayon Polis Şöbəsinin qarşısına toplaşıblar. Ərçivanlıların sözlərinə görə, sosial şəbəkələrdə qəsəbə sakinlərinin ünvanına təhqiramız ifadələr işlədilib. Onlar bu ifadələri yazanın Astara sakini olduğunu, bu şəxsin cəzalandırlmasını tələb etdiklərini bildiriblər.

 

Astara Rayon Polis Şöbəsinin müstəntiqi Hikmət Ağayev də APA-nın yerli bürosuna Ərçivan qəsəbə sakinlərinin ərizə ilə polis şöbəsinə müraciət etdiklərini təsdiqləyib: ”Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır”.

 

Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.

 

Qeyd edək ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Astara rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilməsi barədə məlumat yayılıb.

 

# 1316
avatar

Oxşar yazılar

Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15