Astara rayon sakini xeyli miqdarda narkotik vasitə satarkən tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri keçirib. Əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Elvin Novruzov 8 kiloqram həşişi satarkən saxlanılıb.