AŞPA missiyası Azərbaycanın bir neçə media qurumunun rəhbəri ilə görüşüb
22 sentyabr 2015 17:22 (UTC +04:00)

AŞPA missiyası Azərbaycanın bir neçə media qurumunun rəhbəri ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda səfərdə olan seçki qabağı missiyası Azərbaycanın bir neçə media qurumunun rəhbəri ilə görüşüb.

 

APA-nın xəbərinə görə, görüşdə "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Azadlıq" radiosunun Bakı ofisinin rəhbəri Zeynal Məmmədli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev iştirak ediblər.

 

Media rəhbərləri ölkədə seçki öncəsi siyasi və media mühiti, medianın hazırkı vəziyyəti, seçkilərdə sosial şəbəkələrin rolu, mediada təşviqat və təbliğat kampaniyası ilə bağlı məlumat verib, missiya üzvlərinin sualları cavablandırıblar.

 
# 36
avatar

Oxşar yazılar