Arvadını bıçaqlayana <span style="color:red;">5 il həbs tələbi
07 noyabr 2016 12:16 (UTC +04:00)

Arvadını bıçaqlayana 5 il həbs tələbi

Bakıda  arvadını bıçaqlamaqda təqsirləndirilən Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Rüfət Əliyevə verilən ittihamın öz təsdiqini tapdığını və məhkəməyə onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Proses noyabrın 14-də davam edəcək.

 

Qeyd edək ki, Ə.Rüfət arvadı Bahar Məmmədovanı ailə məişət zəminində bıçaqlayıb. Onun həyatını xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Səlcuq Elçin

Oxşar yazılar