Arvadını bıçaqlamaqda şübhəli bilinən ər tutuldu
13 sentyabr 2014 10:28 (UTC +04:00)

Arvadını bıçaqlamaqda şübhəli bilinən ər tutuldu

Bakıda ailə-məişət zəminində bıçaqlanma  qeydə alınıb. Lent.az-ın Bakı Şəhər  Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Mərdəkan qəsəbəsi Pioner küçəsində yaşayan Pərvin Əliyeva bıçaq xəsarətiylə xəstəxanaya yerləşdirilib.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı Taleh Əliyev Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar