
Arvadını balkondan ataraq öldürən şəxs HAKİM QARŞISINDA
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə vəkil vəsatət verərək müvəkkili barəsində təkrar tibbi və psixoloji ekspertiza keçirilməsini istəyib.
Hakim vəsatəti baxılmamış saxlayıb.
Prokuror ittiham aktını elan edib. R.Taxvelli ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində həyat yoldaşını çox sevdiyini deyib: "Birinci qızımız xəstə oldu, beyin xəstəliyi var idi. Amma münasibətlərimiz əla idi. Qızımı müalicə üçün Türkiyə, İsrailə aparmışdıq. İkinci qızımız sağlam oldu. Hadisə olan günü isə ümumiyyətlə xatırlamıram. Hərdənbir marixuana çəkirdim. Qızımı yerə vurmağım isə mümkün deyil. Hamısı şər-böhtandır. Bizi tanıyanlar bilir ki, belə bir şey ola bilməz. Biz bir-birimizi çox sevirdik".
Proses iyunun 14-də davam edəcək.
Qeyd edək ki, ötən il dekabrın 9-da Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb.
İttihama görə, R.Taxveli qızının epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və belə oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. R.Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.
Oxşar yazılar

Gəncədə iki nəfər qidadan zəhərləndi
20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB
20 iyun 2025 , 19:41
Füzulidə kişi evinin həyətində ölü tapıldı
20 iyun 2025 , 19:33
Özünə qəbir qazdırdı, 1 gün sonra öldü
20 iyun 2025 , 18:17
Polis polkovniki həbs olundu
20 iyun 2025 , 17:48
Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR
20 iyun 2025 , 17:40
DTX-dan ƏMƏLİYYAT: İcra başçısı, köməkçisi, müavini və bələdiyyə sədri saxlanıldı - YENİLƏNİB
20 iyun 2025 , 17:30