Arvadı ilə dalaşdı: <span style="color:red;">evi yandırdı  - YENİLƏNİB
17 iyun 2014 12:15 (UTC +04:00)

Arvadı ilə dalaşdı: evi yandırdı - YENİLƏNİB

 

Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.


 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Energetik-5, ev-16 ünvanında qeydə alınıb. Şəhər sakini 43 yaşlı Mirzə Nəsibova məxsus evdə qaz balonun partlaması nəticəsində güclü yanğın baş verib.  Yanğın nəticəsində ev, içərisində olan əşyalar və evə bitişik tövlə yanaraq yararsız hala düşüb. Evin xanımı, 1973-cü il təvəllüdlü Şəmsiyyə Nəsibova hadisəni həyat yoldaşı 1971-ci il təvəllüdlü Mirzə Nəsibovun törətdiyini bildirib. Məlumata görə, M. Nəsibov içkili olduğundan  həyat yoldaşı ilə mübahisə edib. Səs-küyü eşidən qonşular Polis Şöbəsinə bu barədə məlumat veriblər. Bundan daha qəzəblənən ər polisə xəbəri həyat yoldaşının verdiyini düşünüb.  Gecə saatlarında evə gələn M. Nəsibov həyat yoldaşı ilə mübahisə etdikdən sonra  qaz balonunu evə atıb və sonra kibriti alışdırıb.

 

Şəhər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Dövlət Yanğından Mühafizə hissəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Oxşar yazılar