
Anasının öldürdüyü 5 yaşlı qızın atası DANIŞDI - VİDEO
Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Gülnarə Saypullayeva qızı 5 yaşlı Luizanıın südünə zəhər qatdıqdan sonra qızın halı pisləşib. Özünü itirən qadın bu barədə uşağın atası Bəxtiyara məlumat verib: "Ayın 14-ü günorta burda oynayan uşaq idi. Mən də mallara baxmağa getmişdim. Bir saat olmadı, gəldi mənim yanıma ki, uşaq ölüb. Mən də gəlib gördüm ki, uşağın vəziyyəti pisdir, xəstəxanaya apardım. Bir saat keçmədi uşaq rəhmətə getdi. Anası özü zəhərləyib dərmanla. Malları saxlayırıq, iki aydır işləyirdik".
Xəstəxanaya çatdırılmasına baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Təyin olunan ekspertizanın nəticələrinə görə, 5 yaşlı uşağın zəhərlənərək öldürüldüyü məlum olub. Polis tərəfindən saxlanılan Gülnarə övladının niyə öldürdüyünü açıqlaya bilməyib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
Oxşar yazılar
4 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32
Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55