AMEA prezidenti Türkiyəyə aparılarkən təyyarədə vəfat etdi - YENİLƏNİB
10 fevral 2013 13:44 (UTC +04:00)

AMEA prezidenti Türkiyəyə aparılarkən təyyarədə vəfat etdi - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov dünyasını dəyişib. AMEA-nın vitse-prezidenti Arif Həşimov APA-ya bildirib ki, M. Kərimov dünən gecə saatlarında dünyasını dəyişib. O, akademikin bir müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyini də bildirilib.

 

Lent.az-ın məlumatına görə, akademik M.Kərimovun fevralın 9-da günorta saatlarında  kəskin ürək ağrıları başlayıb. O, Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, vəziyyəti ağır olduğundan axşam saatlarında xüsusi təyyarə ilə Türkiyəyə yola salınıb.  Lakin yolda ikən M. Kərimov dünyasını dəyişib. Mərhumun cənazəsi Bakıya gətirilib, sabah dəfn olunacaq.

 

Qeyd edək ki, M. Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

 

Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.

 

O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

 

Allah rəhmət eləsin!

 
 
 
 
 
 
 
 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6881
avatar

Oxşar yazılar