İtkin düşən alpinistlərin axtarışı əməliyyatından <span style="color:red;">GÖRÜNTÜLƏR
30 dekabr 2017 12:18 (UTC +04:00)

İtkin düşən alpinistlərin axtarışı əməliyyatından GÖRÜNTÜLƏR

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

 

Bu gündən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin mütəxəsisləri də (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) axtarışlara qoşulmuşlar. Əlavə məlumat veriləcək.

 

FHN axtarış əməliyyatından bəzi görüntüləri yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar