Almaniyada 60 min insan evindən köçürüldü
03 sentyabr 2017 11:12 (UTC +04:00)

Almaniyada 60 min insan evindən köçürüldü

0

İkinci Dünya Müharibəsində atılmış Böyük Britaniya aviabombası ilə əlaqədar Frankfurtda 60 mindən çox sakin öz evini tərk etmək məcburiyyətində qalıb.

 

APA-nın Alman dalğası radiosuna istinadən verdiyi məlumata görə, evakuasiya saat 10.00-da başlayıb.

 

Bu, Almaniyada müharibədən sonra ən böyük evakuasiyadır. Minaaxtaranlar bu gün saat 14.00-da 1,5 ton partlayıcını zərərsizləşdirməlidirlər. Bomba avqustun 29-da aşkarlanıb. Bombanın ətrafında 1,5 km təhlükəsizlik zonası yaradılıb. Bu zonaya yaşayış evləri ilə bərabər Frankfurt Polis İdarəsinin binası, bir neçə xəstəxana, o cümlədən “Hessischer Rundfunk” mediaşirkətinin mənzil-qərargahı düşür.

 

Qeyd edək ki, bundan əvvəl Almaniyada ən böyük evakuasiya 2016-cı ilin sonlarında Aysburqda həyata keçirilib. Həmin vaxt aviabombanın zərərsizləşdirilməsi ilə əlaqədar 54 min sakin evini tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar