<b>Ağdaşda ağır qəza: <span style="color:red;">ölən var </b> - YENİLƏNİB
29 iyun 2017 12:00 (UTC +04:00)

Ağdaşda ağır qəza: ölən var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdaşda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, İyunun 28-də saat 22 radələrində Ağdaş rayonunun Yenicə kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Ucar rayon sakini Nizam Abdullayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

 

Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-21074" markalı avtomobillə törədilməsi müəyyən edilib və onu idarə edən Ucar rayon sakini Sahib Qədirov "isti izlər"lə saxlanılıb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

*****

 

11:05

 

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının 258-ci kilometrliyində "VAZ 2107" markalı, 61 BF 554 dövlət nömrə nişanlı avtomobil 1953-cü il təvəllüdlü Abdullayev Nizam Məcid oğlunu vurub. Piyada hadisə yerində vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Nizam Rza

Oxşar yazılar