Ağcabədinin Hüslü kənd klubunda yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində qısaqapanma nəticəsində baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.
Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüslü kənd uşaq baxçasının əşyaları otaqdan çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
*****
16:02
Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
*****
15:27
Ağcabədidə iki mərtəbəli klub binası yanır.
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Hüslü kəndində baş verib.
Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Ağdam rayon yanğınsöndürən briqadasının 6 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın hazırda davam edir.