57 min şagird buraxılış imtahanı verəcək
20 iyun 2017 10:45 (UTC +04:00)

57 min şagird buraxılış imtahanı verəcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 57088 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif II mərhələ üzrə 31715, XI sinif üzrə 25373).

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

 

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 83 imtahan binası ayrılıb. 

 

Həmin gün 31713 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

 

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 83 imtahan binası ayrılıb.

 

Həmin gün 25373 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 

 

İmtahanların idarə olunmasına ümumilikdə 224 imtahan rəhbəri, 2778 nəzarətçi-müəllim ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə növbəti baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar