Adam bıçaqlayanın evindən narkotik də çıxdı
Cəlilabadda bıçaqlanma baş verib.
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətin verilən məlumata görə, polis əməkdaşlarıın S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxışı zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb. Görülən tədbirlərlə S.Əliqiyə narkotik vasitəni verən şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilərək saxlanılıb.
Abşeron rayon Polis İdarəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının onun yaşadığı evə baxışı zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
472