Abşeronda 11 yaşlı oğlan faciəvi şəkildə öldü - <span style="color:red;">YENİLƏNİB
01 may 2018 12:09 (UTC +04:00)

Abşeronda 11 yaşlı oğlan faciəvi şəkildə öldü - YENİLƏNİB

 

Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobili beton yol ayrıcısına vurub. Nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 

****

 

10:03

 

Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bakı-Şamaxı yolunun 17-ci kilometrliyində Heydərov Mirələm Mirheydər oğlunun sürdüyü "Mercedes" markalı avtomobil yolun ortasındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Bəbirov Əli Natiq oğlu isə aldığı xəsarətlərdən vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51