Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Mətbuat Şurasında olub. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Seçki prosesi və medianın seçkidə iştirakı ilə bağlı müzakirələr zamanı MŞ sədri bildirib ki, Şura seçki kampaniyası müddətində jurnalistlərin prosesi işıqlandırmalarına yaradılmış şəraiti nəzarətdə saxlamaq üçün konkret tədbirlər həyata keçirməkdədir.
Səfir R.Morninqstar hər bir cəmiyyət üçün seçkinin böyük önəm daşıdığını, prosesin medianın aktivliyinə də təsirsiz ötüşmədiyini vurğulayıb. O, bu baxımdan Azərbaycan mediasının da həssas mərhələ yaşadığını diqqətə çatdırıb.
Görüşdə ölkəmizdə söz və mətbuat azadlığının müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.