ABŞ-da  təyyarə qəzası
06 noyabr 2015 05:57 (UTC +04:00)

ABŞ-da təyyarə qəzası

0

ABŞ-ın Corciya ştatında “Piper Cherokee” tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.

 

ABŞ Federal Aviasiya İdarəsinin (FAİ) məlumatına əsasən, təyyarə Fort-Pirsdən (Florida ştatı) Haberşem dairəsinə (Corciya ştatı) uçurmuş. Onun Atlanta şəhərindən 120 km şimal-şərqdə meşəlik ərazidə yerə düşdüyü bildirilir.

 

Qəzanın səbəbləri hələlik məlum deyil. FAİ ölənlərin şəxsiyyətini müəyyənləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar