(R) AXA MBASK “Sağlam həyat” vəd edir
15 iyul 2013 10:51 (UTC +04:00)

(R) AXA MBASK “Sağlam həyat” vəd edir

 

Könüllü tibbi sığorta əlçatan oldu

 

20 ildən artıq bazarda fəaliyyət göstərən və müştərilərindən və tərəfdaşlarından çoxsaylı rəylər alan AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini daim genişləndirir. Bu dəfə sığortaçı könüllü tibbi sığorta sahəsində işləmiş və öz müştərilərinə sağlamlığını qorumağın sadə yolunu – “Sağlam həyat” adlı könüllü tibbi sığorta (KTS) polisini təklif edir.

 

“Sağlam həyat” fiziki şəxslər üçün ölkənin sığorta bazarında analoqu olmayan tamamilə yeni məhsuldur.

 

Sığorta hadisəsi baş verdikdə “Sağlam həyat” polisi klinikada palata və qida, cərrahi əməliyyatın həyata keçirilməsi, stasionarda mütəxəssis həkimlərin konsultasiyaları, stasionar müalicə ilə bağlı bütün diaqnostika prosedurları, reanimasiya və reabilitasiya tədbirləri və s. kimi bütün məsələləri həll edəcək.

 

Bu məhsulun işlənib hazırlanması zamanı şirkət mütəxəssisləri Azərbaycanda ən çox rast gəlinən xəstəliklər statistikasından istifadə ediblər. Onkoloji xəstəliklərin cərrahi müalicəsi (əməliyyatsonrası reabilitasiya çərçivəsində kimya terapiyası proseduru daxil olmaqla), kardio-cərrahi müdaxilələr, bədbəxt hadisə nəticəsində tələb olunan orqan köçürülməsi, venada varikoz genişlənmə zamanı əməliyyat müdaxiləsi, oynaqlarda endoprotezləmə– “Sağlam həyat” sığorta polisi bütün bu və digər aspektləri də ödəyəcək.

 

Bundan başqa, yeni KTS məhsulunun şərtlərinə əsasən, şirkət təkcə xərclərin ödənilməsini deyil, xidmətlərin təşkili üzrə riskləri də öz üzərinə götürəcək. Həkim-ekspertlərimiz zəruri tibbi yardımın keyfiyyətinə və həcminə diqqətlə nəzarət edəcəklər. Son nəticədə müştəri vaxtına qənaət edərək, yüksək keyfiyyətli xidmət əldə edəcək.

 

Sığorta polisinin qiyməti 200 AZN-dir. Polisi 16 yaşından 60 yaşına qədər istənilən fiziki şəxs əldə edə bilər. Bunu üçün Bakıda və regionlarda şirkətin sizə yaxın olan sığorta agentliyinə müraciət etmək kifayətdir http://www.axambask.az/az/agentl%C9%99r-68 .

 

Məhsul haqqında əlavə məlumat əldə edə etmək üçün (012) 950 nömrəsinə zəng vura bilərsiniz.

Sığorta xidmətlərinin keyfiyyətinin daim yaxşılaşdırmağını qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün bütün ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10