"Mercedes"  elektrik dirəyinə çırpıldı, sürücü ağır yaralandı
09 sentyabr 2015 02:29 (UTC +04:00)

"Mercedes" elektrik dirəyinə çırpıldı, sürücü ağır yaralandı

0

Bakıda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Elvin Nəsirov idarə etdiyi "90 MU 243" dövlət nömrə nişanlı  "Mercedes" markalı avtomobil  ilə yüksək sürətlə şəhərdən üzü hava limanı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə o, maşını prospektdəki elektrik dirəyinə çırpıb. Qəza nəticəsində sürücü Elvin Nəsirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralıya hadisə yerində ilkin yardım göstərildikdən sonra o, 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

 

Hadisə yerinə Baş Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Qəza yerinin müayinəsi zamanı məlum olub ki, hadisəyə səbəb yüksək sürət olub.

 

Qəza ilə bağlı prospektdə sıxlıq yarandığından yararsız hala düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar