Bakının mərkəzində rəfiqəsini bıçaqlayan qıza ŞƏRTİ CƏZA
19 iyul 2018 11:59 (UTC +04:00)

Bakının mərkəzində rəfiqəsini bıçaqlayan qıza ŞƏRTİ CƏZA

Fəvvarələr Meydanın yaxınlığında tanışını 5 manata görə bıçaqlamaqda təqsirləndirilən Aytən Abbasovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının qərarı ilə Aytən Abbasova barəsində 1 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilib.

İttihama görə, 2015-ci ildə Fəvvarələr Meydanın yaxınlığında Aytən Abbasova əvvəlcədən tanıdığı 2- ci qrup əlil Məryəm Məmmədovadan narkotik vasitə almaq üçün 5 manat tələb edib. Lakin Məryəm Məmmədova ona pul verməkdə imtina edib. Bu zaman Aytən Abbasova Məryəm Məmmədovanı yerə yıxaraq ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Aytən Abbasova polis tərəfindən saxlanılıb. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Yetkinlik yaşına çatmayan Aytən Abbasova 3 il istintaqdan yayını.

Qeyd edək ki, təqsirləndirilən Aytən Abbasovaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Səlcuq Elçin

Oxşar yazılar