İçərişəhərdə Xocalı faciəsinin ildönümündə ehsan veriləcək
23 fevral 2015 12:06 (UTC +04:00)

İçərişəhərdə Xocalı faciəsinin ildönümündə ehsan veriləcək

0

İçəri şəhər «Cümə» məscidi dini icması Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirəcək. Lent.az-ın məlumatına görə, faciənin ildönümü ilə əlaqədar hər il olduğu kimi İçəri şəhər «Cümə» məscidində müvafiq hazırlıq işləri görülmüşdür. Fevralın 26-da icma üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək, məsciddə bu faciə zamanı, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil olunacaq.

 

Dini icmanın rəhbəri Hacı Surxay icma adından bu faciədə şəhid olan soydaşlarımızın ailələrinə, eləcə də Azərbaycan xalqına baş sağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar