<span style="color:red;">Vəkil:  "Mirqədirova Türkiyədə deyiblər ki, səninlə problemimiz yoxdur"
20 aprel 2014 13:56 (UTC +04:00)

Vəkil: "Mirqədirova Türkiyədə deyiblər ki, səninlə problemimiz yoxdur"

Dünən Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirov Bakıda təyyarədən enən kimi saxlanılıb və bu gün ona Cinayət Məcəlləsinin vətənə xəyanət maddəsi ilə cinayət işi başlanılıb. Lent.az-a açıqlama verən tanınmış jurnalistin vəkili Fuad Ağayev bildirib ki, onunla sabah görüşəcək: "Çox qəribə ittiham irəli sürüblər. Rauf Mirqədirovun Türkiyə ilə problemi olsaydı, onu Türkiyədə tutardılar. Amma orada Mirqədirova deyiblər ki, səninlə heç bir problemimiz yoxdur".

 

Qeydb edək ki, Rauf Mirqədirov ailəsi ilə birgə Türkiyəni tərk etmək istəyərkən saxlanılıb və daha sonra bu ölkədən Azərbaycana deportasiya edilib.

# 1101
avatar

Nizam Rza

Oxşar yazılar