Soyğunçu: "Qadının çantasını içinə daş yığıb dənizə atdıq"
01 iyun 2017 11:20 (UTC +04:00)

Soyğunçu: "Qadının çantasını içinə daş yığıb dənizə atdıq"

Qadına qarşı soyğunçuluqda təqsirli bilinən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

 

İttihama görə, Sumqayıt şəhər sakini polisə müraciət edərək bildirib ki, şəhərin 30-cu məhəlləsində iki nəfər tanımadığı şəxs ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək hadisə yerindən qaçıb.

 

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Əlibala Salahov və Sərdar Cavadov saxlanılıb.

 

Onlar zərərçəkəni əvvəlcə marketdə görüblər, daha sonra onu izləyərək əlindəki əl çantasını alaraq hadisə yerindən qaçıblar.

 

Təqsirləndirilən Sərdar Cavadov istintaqa verdiyi  ifadəsində törətdikləri soyğunçuluq cinayətinin təfərrüatını açıqlayıb: “Həmin şəxsi “Bazarstore” da izlədik. Əlində çanta var idi. Oradan çıxıb yola düzəldilər. 30-cu məhəllədə ona yaxınlaşaraq çantasını əlindən dartıb qaçdıq. İçində 100 manat, sənədlər və maşın açarı var idi. Sonra çantanın içinə daş doldurub dənizə atdıq”.

 

Sərdar Cavadov soyğunçuluq etmək təklifinin Əlibala Salahov tərəfindən verildiyini də qeyd edib.

 

Məhkəmə baxışı iyunun 5-ə təyin edilib.

 

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə ittiham verilib. Soyğunçu: "Qadının çantasını içinə daş yığıb dənizə atdıq"

 

Qadına qarşı soyğunçuluqda təqsirli bilinən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

 

İttihama görə, Sumqayıt şəhər sakini polisə müraciət edərək bildirib ki, şəhərin 30-cu məhəlləsində iki nəfər tanımadığı şəxs ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək hadisə yerindən qaçıb.

 

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Əlibala Salahov və Sərdar Cavadov saxlanılıb.

 

Onlar zərərçəkəni əvvəlcə marketdə görüblər, daha sonra onu izləyərək əlindəki əl çantasını alaraq hadisə yerindən qaçıblar.

 

Təqsirləndirilən Sərdar Cavadov istintaqa verdiyi  ifadəsində törətdikləri soyğunçuluq cinayətinin təfərrüatını açıqlayıb: “Həmin şəxsi “Bazarstore” da izlədik. Əlində çanta var idi. Oradan çıxıb yola düzəldilər. 30-cu məhəllədə ona yaxınlaşaraq çantasını əlindən dartıb qaçdıq. İçində 100 manat, sənədlər və maşın açarı var idi. Sonra çantanın içinə daş doldurub dənizə atdıq”.

 

Sərdar Cavadov soyğunçuluq etmək təklifinin Əlibala Salahov tərəfindən verildiyini də qeyd edib.

 

Məhkəmə baxışı iyunun 5-ə təyin edilib.

 

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə ittiham verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Səlcuq Elçin

Oxşar yazılar