Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində mənzillərin birində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ölənlərdən üçü uşaqdır.
Yanğın ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə baş verib. Yanğın 64 kv.m sahəni əhatə edib.
Yanğının söndürülməsinə 4 briqada cəlb edilib.
Yanğının səbəbləri araşdırılır.