Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasında baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 27-də saat 18 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində Şahtaxtı kənd sakini Zahid Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Yusif İsmayılovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq oktyabrın 28-də orada ölüb.
Kəngərli RPŞ tərəfindən araşdırma aparılır.
*****
29 oktyabr
Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində "VAZ 2107" markalı avtomobil yola çıxmış 4 yaşlı oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, qəzaya azyaşlının nəzarətsiz qalması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.