<span style="color:red;">Kürdəmirdə dəhşət:  qatar 49 yaşlı kişini ortadan böldü
01 dekabr 2014 09:41 (UTC +04:00)

Kürdəmirdə dəhşət: qatar 49 yaşlı kişini ortadan böldü

Kürdəmir sakini qatarın altında qalaraq ölüb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə noyabrın 30-da saat 23:30 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1965-ci il təvəllüdlü Əflan Comərdov yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttini keçərkən qatar onu vurub.

 

Bədəni iki yerə bölünən Əflan Comərdov hadisə yerində dünyasını dəyişib. 

 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127
avatar

Oxşar yazılar