<span style="color:red;">Göyçayda güclü yanğın başlayıb <b>: 5 rayondan yanğınsöndürənlər cəlb edildi</b>
27 iyul 2018 15:48 (UTC +04:00)

Göyçayda güclü yanğın başlayıb: 5 rayondan yanğınsöndürənlər cəlb edildi

Göyçayda güclü yanğın baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

 

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir. Alovun qarşısının alınması üçün tədbirlər görülür. Yanğının söndürülməsinə 5 rayondan yanğınsöndürənlər cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

APA Baycan

Oxşar yazılar