<span style="color:red;">Evimə girdilər, maşınımı qaçırdılar -  <b>35 yaşlı qadın şikayət edir</b>
12 aprel 2016 11:58 (UTC +04:00)

Evimə girdilər, maşınımı qaçırdılar - 35 yaşlı qadın şikayət edir

 

Bakı şəhər Xəzər rayon sakini evindən edilmiş oğurluqlar və avtomobilinin qaçırılması ilə bağlı Lent.az-a müraciət edib. Yeni Binə qəsəbəsi Qasım bəy Zakir küçəsi döngə 3, dalan 3, ev 7 ünvanında yaşayan 1981-ci il təvəllüdlü Ələsgərova Pərvanə Elbrus qızı bildirib ki, evindən müəmmalı şəkildə oğurluq edilib: “Martın 24-də evimdə fləş-kartların, kameranın yaddaş kartının, sənədlərin, ehtiyat açarların oğurlanması ilə bağlı 102 xidmətinə müraciət etdim və aidiyyatı üzrə Xəzər rayon Polis İdarəsində bununla bağlı araşdırma başlanıldı. Evdən əl izləri də götürülüb. Lakin hadisə istintaq şöbəsində araşdırılsa da, hələ də cinayət işi başlanılmayıb. Aprelin 4-də isə evimin qarşısından mənə məxsus olan “Kia RİO” markalı avtomobil müəmmalı şəraitdə qaçırılıb. Polis həmin gün axşam saatlarında avtomobilimi Hövsan ərazisindən tapdı. Amma maşının nömrələri üstündə yox idi. Bundan sonra nömrələr axtarışa verilmədi. Fakt rəsmi təsdiqlənsə də, cinayət işi başlanılmayıb”.

 

P.Ələsgərova əlavə edib ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların (DQ) Vertolyot Eskadrilyasının (VE) rəisi, polkovnik-leytenant Mirzə Fərəcovla evli olub və 2009-cu ildə bu izdivaca rəsmən son qoyulub. Lakin M.Fərəcov sonradan başqa qadınla ailə həyatı qursa da, P.Ələsgərovadan da əl çəkməyib: “Düşünürəm ki, başıma gələn bütün hadisələrin onunla əlaqəsi var”.

 

Xəzər rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, Pərvanə Ələsgərovanın müraciətləri əsasında araşdırma aparılır və araşdırmanın nəticəsi, eləcə də cinayət işinin başlanılıb-başlanılmaması ilə bağlı ona məlumat veriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Nizam Rza

Oxşar yazılar