<span style="color:red;">DİN-də ciddi kadr dəyişikliyi  - Ramil Usubov əmr imzaladı
24 yanvar 2017 19:20 (UTC +04:00)

DİN-də ciddi kadr dəyişikliyi - Ramil Usubov əmr imzaladı

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

 

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

 

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-in mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

 

Qeyd edək ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. Bu barədə ilk məlumatı "Haqqin.az" saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

APA Baycan

Oxşar yazılar