<span style="color:red;">Bakıda təbiət möcüzəsi:  QAR, ŞİMŞƏK, YAĞIŞ, KÜLƏK, DOLU...
30 mart 2014 17:10 (UTC +04:00)

Bakıda təbiət möcüzəsi: QAR, ŞİMŞƏK, YAĞIŞ, KÜLƏK, DOLU...

Bu gün günorta saatlarından etibarən Bakıda hava şəraiti daha da kəskinləşib. Lent.az-ın məlumatına görə, saat 16-dan etibarən şəhərin şimal və şərq istiqamətlərində güclü qar yağmağa başlayıb. Əvvəlcə sulu qar formasında düşən kütləciklər daha sonra kristalları ilə əvəzlənib. Maraqlıdır ki, qar yağması şimşək çaxması ilə müşahidə edilir. Güclü gurultu səsi və küləyin müşayəti ilə yağan qar şəhərin böyük hissəsini ağ örpəyə bürüyüb. Bəzi ərazilərdə qar formasında düşən yağıntı bəzi yerlərdə doluya keçib.

 

Qeyd edək ki, ölkənin cənub bölgəsi istisna olmaqla bütün rayonlarda qar yağıb və yağmaqdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5511
avatar

Nizam Rza

Oxşar yazılar