Bilgəhdəki güllələnmə ilə bağlı <span style="color:red;">YENİ FAKTLAR - SƏBƏB PUL OLUB
24 may 2017 11:45 (UTC +04:00)

Bilgəhdəki güllələnmə ilə bağlı YENİ FAKTLAR - SƏBƏB PUL OLUB

Dünən Bakı şəhərinin Bilgəh qəsəbəsində baş vermiş güllələnmənin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini 35 yaşlı Ramid Rəhimovun güllələdiyi 41 yaşlı Tərlan Dadaşov onun qohumu olub. Belə ki, Tərlan bir müddət əvvəl Ramiddən 3 min manat borc pul alıb. Lakin o, pulu vəd etdiyi vaxtda geri qaytarmayıb. Maddi vəziyyəti pisləşən Ramid Rəhimov isə pulu növbəti dəfə geri almağa çalışıb və bu zaman onlar arasında dava-dalaş olub. Daha sonra 35 yaşlı Ramid Rəhimov kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəngi götürərək qohumunu öldürməyə gedib. Ramid Tərlanın baş nahiyəsinə atəş açsa da güllə onun boyun nahiyəsinə dəyib.

 

Qeyd edək ki, T.Dadaşov əvvəllər məhkumluq həyatı yaşayıb. R.Rəhimov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

 

 

*****

 

 

9:55

 

 

Bakıda silahlı insident olub.

 

APA-nın məlumatına görə, hadisə ötən gecə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədi ilə güllələyib. Nəticədə ağır yaralanan T. Dadaşov xəstəxanaya yerləşdirilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində R. Rəhimov tutulub. Ondan hadisədə istifadə etdiyi kustar üsulla hazırlanmış silah götürülüb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Nizam Rza

Oxşar yazılar