Bakıda faciə: maşınının altında qalıb öldü
09 oktyabr 2017 09:37 (UTC +04:00)

Bakıda faciə: maşınının altında qalıb öldü

 

Bakıda faciəvi hadisə baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib.

 

Qum altında başqa insanın da olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıb. Əməliyyat başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191

Oxşar yazılar